Yaddaşı gücləndirməyin tebii yolları

Yaddaşı gücləndirməyin tebii yolları və  asan tətbiqlər.

1794794
Yaddaşı gücləndirməyin tebii yolları

Gün ərzində yediklərimiz və içdiklərimiz birbaşa beynimizin iş tempinə və səmərəliliyinə təsir göstərir. Xüsusi informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri hesab edilən yaddaşın inkişafına təsir göstərir. Bu səbəbdən qida çatışmazlığı və keyfiyyətsizliyi beyin funksiyalarının pozulmasına səbəb ola bilər.

Yaddaşı yaxşılaşdıran bir çox təbii vasitələr mövcuddur ki bunlardan bəzilərini belə sıralamaq olar:

• Omeqa-3

Omeqa-3 yağ turşuları, alzheimer xəstəliyi riskini azaldır, yaddaş itkisinin qarşısını alır, beynin düzgün işləməsinə kömək edər və ürək ritmini tənzimləyir. Serotonin hormonu ifrazını  artırdığı üçün insan özünü yaxşı hiss edər. Bu səbəbdəndir ki, yaddaşın yaxşılaşdırılması üçün omeqa-3 baxımından zəngin balıq istehlakı tövsiyə olunur.

• Yaşıl yarpaqlı tərəvəzlər

Kələm, ispanaq və brokkoli beyin üçün faydalı hesab edilən qidalardır.

• Qoz, Fındıq və Yerfındığı

 Qoz, fındıq və yerfındığı tərkibindəki yağ turşularına görə yüksək kalorili qidalar kateqoriyası  daxildir və beynin əsas qidası hesab edilir. Xüsusilə qoz beyin funksiyası başda olmaqla əhvalı və yuxu rejimini yaxşılaşdırır, Saç və dəri sağlamlığını qorur.

• Balqabaq toxumu

 Çox sağlam bir çərəz olan balqabaq tumu maqnezium, dəmir, sink və mis baxımından zəngindir. Sink çatışmazlığı Alzheimer və depressiya kimi xəstəliklərə səbəb olduğu üçün gündəlik az miqdarda balqabaq toxumunun istehlakı məsləhətdir.

• Darçın

 Darçın zehni tənzimlər və konsentrasiyanı artırır, yaddaşı  gücləndirir.

• Yumurta

Yumurta əqli gücü artırır. Bu səbəbdən hər gün səhər yeməyində bir ədəd istehlak etmək məsləhətdir.

• Meyvələr

Həftədə iki və ya daha çox porsiya çiyələk və qaragilə istehlak etmək yaddaşın zəifləməsinin qarşısını  alır.

• Dənəli bitkilər

Dənəli bitkilər B qrupu vitaminləri baxımından zəngin olduqları üçün beyin sağlamlığının qorunması və güclü yaddaş üçün faydalıdır.

•Yaşıl çay

Yaşıl çay xolesterin və homosisteini azaltdığı üçün beyin funksiyalarını qorur.

• Taxıllı qidalar

 Taxıllı məhsullar diqqətin yayınmasını azaldır və qan dövranını tənzimləyir.

• Qatıq

Qatıq kalsium baxımından zəngin qidadır. Yaddaşı gücləndirməyə kömək edir. Bu səbəbdən gündə iki dəfə qatıq və ya süd məhsulları istehlak etmək məsləhətdir.

• Qaragilə

 Tünd qırmızı və bənövşəyi rəngli meyvə və tərəvəzlərdən istifadə yaddaşı yaxşılaşdırır və qısamüddətli yaddaş itkisinin qarşısını alır. Stressi azaldır. Qaragilə də belə meyvələrdəndir. 

• B vitaminləri

Xüsusilə B6 və B12 vitaminlərinin istehlakı insult, demans və Alzheimer xəstəliyi riskini azaldır. Buna görə B vitaminləri ilə zəngin toyuq, balıq, yumurta və yaşıl yarpaqlı tərəvəzlər istehlak edilməlidir.

•Qarağat

Qarağat C vitamini baxımından  zəngin  olduğu  üçün zehni gücləndirir. Demansiya  və alzheimer xəstəliyinə qarşı qoruyucudur.

• Qəhvə

 Kofein beyin funksiyalarının məhsuldar işləməsinə töhfə verir və yaddaşı gücləndirir. Gündə iki fincan içilməsi məsləhətdir.

•Pomidor

Pomidor orqanizmdə hüceyrələrin yenilənməsini sürətləndirir və yaddaşı gücləndirir. Erkən demansiya və Alzheimer xəstəliyinin qarşısını alır. Bu möcüzəvi qidanın istehlakından imtina edilməməlidir.

Brokkoli

•Brokkoli sinir sistemini və refleksləri gücləndirir, beynin inkişafını sürətləndirir. Bədəndən toksinlərin atılmasın  yardımcı olur.

• Adaçayı

Adaçayı diqqəti cəmləməkdə çətinlik çəkənlər üçün faydalıdır. Bu bitki yaddaşı gücləndirir və gündəlik stressi də azaldır.

• İdman

İdmanla məşğul olmaq, gəzinti və ya qaçış beynin işləməsinə kömək edən vasitələr sırasında  yer alır.



Әlaqәli Xәbәrlәr