ABŞ-da robot taksilərin internet bağlantısı kəsildi və …

Şahidlərin dediyinə görə ...

2026095
ABŞ-da robot taksilərin internet bağlantısı kəsildi və …

 

  ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində sürücüsüz hərəkət edən 10 robot taksinin internet bağlantısı kəsilib və tıxac yaranıb.

  Sosial mediada yayılan videolarda musiqi festivalının iştirakçılarının çağırdığı çoxlu sayda robot taksinin internetə qoşulma problemi ilə üzləşdiyi göstərilir.

  Şahidlərin dediyinə görə, “Cruise” firmasına məxsus robot taksiləri təxminən 15 dəqiqə yolu bağlayıb və bu, təcili yardım maşınlarının əraziyə girişinə mane ola biləcəyi ilə bağlı narahatlığı artırıb.

  Şirkət “musiqi festivalının robot taksilərdə simsiz ötürmə qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olduğu"nu qeyd edərək problem üzərində işlədiklərini bildirib.

  Qeyd edək ki, San-Fransisko Yanğın Departamentinin məlumatına görə, 2023-cü il avqustun ikinci həftəsi fövqəladə hallara cavab verməyə mane olan 55 özünü idarə edən avtomobil hadisəsi qeydə alınıb.

  Robot taksilər bütün şəhərdə 24/7 işləyir. 



Әlaqәli Xәbәrlәr