Daha bu ölkədə təcili çıxış qapıları olan oturacaqlara bilet verilməyəcək

“Asiana Airlines”dən verilən açıqlamada bildirilir...

1991921
Daha bu ölkədə təcili çıxış qapıları olan oturacaqlara bilet verilməyəcək

 

  Cənubi Koreyanın ən böyük hava yolu şirkətlərindən biri olan “Asiana Airline” uçuş zamanı təyyarənin qəza qapısının bir sərnişin tərəfindən açılmasından sonra təcili çıxış oturacaqları üçün bilet satışını dayandırıb.

  “Asiana Airlines”dən verilən açıqlamada bildirilir: “Mayın 26-da Cənubi Koreyanın Çejudo (Jeju) adasından havaya qalxan təyyarə Daequ beynəlxalq hava limanına enərkən təcili çıxış qapısının bir sərnişin tərəfindən açılmasından sonra "A321-200" tipli təyyarələrdə təcili çıxış qapıları olan oturacaqlara daha bilet verilməyəcək”.

  Eniş zamanı təyyarənin qapısını açan 33 yaşlı sərnişin "hava çatışmazlığından və təyyarədən tez enməyə çalışdığından" bu hərəkəti etdiyini söyləyib. Bu adam aviasiya təhlükəsizliyi qanunlarını pozduğu üçün polis tərəfindən saxlanılıb. Şübhəli bunu işsiz olduğu üçün son vaxtlar gərgin günlər keçirdiyi ilə əsaslandırıb.

  Adı açıqlanmayan bu adam təqsirli bilinərsə, onu 10 ilə qədər həbs cəzası gözləyir.

  Təyyarənin qapısının açılmasını sərnişinlər izləyib və 194 sərnişindən 12-si yüngül xəsarət alıb.



Әlaqәli Xәbәrlәr