Almaniyada türk ailəsinin bağçasına meteorit düşüb

Almaniyanın Elmshorn şəhərində yaşayan türk ailəsinin bağçasına yaşı 4,5 milyard il olduğu təxmin edilən meteorit düşüb.

1990331
Almaniyada türk ailəsinin bağçasına meteorit düşüb

Almaniyanın Elmshorn şəhərində yaşayan türk ailəsinin bağçasına yaşı 4,5 milyard il olduğu təxmin edilən meteorit düşüb.

Aprelin 25-də Mahmut Şahinin evinin bağçasına meteorit düşüb.

Əvvəlcə nə olduğunu başa düşməyən ailə yanğınsöndürənləri çağırıb.

Həndbol böyüklüyündə olan meteorit üzərində maqnit testi aparılıb.

Çəkisi 3 kiloqram 700 qram olan meteoritin təxminən 4,5 milyard il yaşı olduğu təxmin edilir.

Dünyanın hər yerindən meteorit toplayanlar Şahin ailəsinə meteoriti satmaq üçün təkliflər edir.

Almaniya və ABŞ-dan gələn təkliflər 200 min avro, yəni 4 milyon türk lirəsinədək çıxıb.

Mahmut Şahin meteoritin bir müddət də olsa müxtəlif muzeylərdə nümayiş etdirilməsini istəyir.


Etiketlәr: #maqnit testi , #meteorit

Әlaqәli Xәbәrlәr