Avropanın ən təhlükəli və təhlükəsiz şəhərləri

“Numbeo” qlobal məlumat bazasının yazdığına görə...

1958403
Avropanın ən təhlükəli və təhlükəsiz şəhərləri

 

  “Numbeo” qlobal məlumat bazasının yazdığına görə, Böyük Britaniyanın Preston “Avropanın ən təhlükəli şəhəri”dir. Preston sakinlərini son 3 ildə artan cinayətkarlıq səviyyəsi və gənclər arasında narkotik vasitələrdən istifadə hallarının çoxalması narahat edir.

  “Avropanın ən təhlükəli şəhərləri” reytinqində ikinci və üçüncü yerlərdə müvafiq olaraq Böyük Britaniyanın Bredford və Fransanın Marsel şəhərləri qərarlaşıb.

  156 şəhərin daxil olduğu siyahının ilk onluğunda həmçinin Koventri (Böyük Britaniya), Kataniya (İtaliya), Şarlerua (Belçika), Birminhem (Böyük Britaniya), Nant (Fransa), Neapol (İtaliya) və Monpelye (Fransa) şəhərləri yer alıb.

  Reytinqin sonuncu pilləsindəki Bern (İsveçrə) “Avropanın ən təhlükəsiz şəhər” statusunu qazanıb.



Әlaqәli Xәbәrlәr