Avstraliyada nəhəng qurbağa tapılıb.

Avstraliyanın Kvinslend tropik meşələrində orta qurbağadan 6 dəfə böyük olan 2,7 kiloqram çəkidə nəhəng qurbağa tapılıb.

1935797
Avstraliyada nəhəng qurbağa tapılıb.

BBC-nin xəbərinə görə, tapılan nəhəng qurbağanın indiyə qədər görülmüş ən böyük qurbağa olduğu təxmin edilir.

“Toadzilla” olaraq bilinən nəhəng qurbağa elmi təhqiqat aparmaq və yoxlamaq üzrə vəhşi təbiətdən götürülüb.

Ölkənin ən zərərli amfibiyalarından hesab edilən qurbağaların sayının hazırda 2 milyarddan çox olduğu proqnozlaşdırılır.

Qeyd edək ki, daha əvvəl, 2,65 kiloqram çəkisi olan ən böyük qurbağa İsveçdə tapılıb.



Әlaqәli Xәbәrlәr