Dünyanın üçüncü ən böyük almazı tapıldı

Botsvananın almaz firması “Debswana”dan verilən məlumata görə...

1659955
Dünyanın üçüncü ən böyük almazı tapıldı

 

  Cənubi Afrika ölkəsi Botsvanada dünyanın üçüncü ən böyük almazı tapıldı.

  Botsvananın almaz firması “Debswana”dan verilən məlumata görə, 1 iyunda çıxarılan 1098 karatlık almaz öz növündə dünyanın üçüncü ən böyük qiymətli daşıdır.

  Almaz ölkənin paytaxtı Qaboroneyə aparılaraq Botsvananın prezidenti Mokvitsi Erik Keabetsve Masisiyə (Mokgweetsi Eric Keabetswe Masisi) təqdim edilib.

  “Debswana”nın baş direktoru Linet Armstronq (Lynette Armstronq) çıxarılan almazın Botsvana üçün çox şey ifadə etdiyini vurğulayaraq "Mübarizə aparan xalqımıza ümid verir" deyib.

  Qeyd edək ki, dünyanın indiyə qədər tapılan ən böyük almazı 3106 karatlık “Cullinan” da 1905-ci ildə Cənub Afrikada tapılmışdı.



Әlaqәli Xәbәrlәr