Türkiyənin ən çox gəzilən ilk 10 turizm mərkəzindən biri - Göreme

1985-ci ilin 6 dekabrında təbii tarixi və mədəni sərvət olaraq UNESCO-nun Ümumdünya Mirası Siyahısına daxil edilən Göreme Açıq Hava Muzeyi qayaüstü oyulmuş ibadətgahları - kilsə, monastır və freskaları ilə diqqət çəkir

2141913
Türkiyənin ən çox gəzilən ilk 10 turizm mərkəzindən biri - Göreme

 

  Türkiyənin Nevşehir rayonundakı Göreme Açıq Hava Muzeyi 2024-cü ilin ilk 4 ayında 275 min 705 qonaq qarşıladı.

  Türkiyənin ən çox gəzilən ilk 10 turizm mərkəzi arasında yer alan Göreme Açıq Hava Muzeyinə bu ilin yanvar ayında 41 min 889, fevralda 45 min 124, martda 61 min 987, apreldə isə 126 min 705 turist gəlib.

  1985-ci ilin 6 dekabrında təbii tarixi və mədəni sərvət olaraq UNESCO-nun Ümumdünya Mirası Siyahısına daxil edilən Göreme Açıq Hava Muzeyi qayaüstü oyulmuş ibadətgahları - kilsə, monastır və freskaları ilə diqqət çəkir.

  İlkin olaraq qayaüstü ibadətgahları olan Göreme sonra III əsrdə Roma imperatoru I Konstantinin xristianlığı qəbul etməsindən sayı sürətlə artan kilsələr və onlarda işlənən divar rəsmlərilə insanların marağına səbəb olub.



Әlaqәli Xәbәrlәr