Türkiyə və Azərbaycan arasında teatr əməkdaşlığı inkişaf edəcək

Azərbaycan və Türkiyə tərəfləri teatr əməkdaşlığı, əsərlərin qarşılıqlı tamaşaya qoyulması və ədəbi-mədəni təcrübələrin mübadilə formalarını müzakirə edib

2138859
Türkiyə və Azərbaycan arasında teatr əməkdaşlığı inkişaf edəcək
Aygün Qocayeva_Tamer Karadağlı_Samir Abbasov_Anar.jpg

 

   Türkiyənin Azərbaycan Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkənin Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlar şöbəsinin müdiri Tamer Karadağlı ilə görüşüb. Söhbətdə Azərbaycan Səfirliyinin birinci katibi Aygün Qocayeva da iştirak edib.

  Görüş zamanı T.Karadağlı Azərbaycanla bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın əhəmiyyətindən danışaraq Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının incəsənət və onun əsas qollarından olan teatrlara töhfə verəcəyini söyləyib, özünün Azərbaycan səfərinə toxunaraq Azərbaycan mədəniyyətinin onda doğurduğu təəssüratdan böyük maraqla bəhs edib.  

  S.Abbasov isə Azərbaycanın zəngin mədəniyyəti, ölkədə teatrın keçdiyi uzun inkişaf yolu və dövlətin Türkiyə-Azərbaycan mədəni əlaqələrinə böyük əhəmiyyət verdiyini vurğulayıb.

  İki ölkə teatrının qarşılıqlı zənginləşməsində Türkiyə Səfriliyi nəzdində yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin mühüm layihələr həyata keçirəcəyini söyləyən Samir Abbasov yaxın gələcəkdə təşkil ediləcək Azərbaycan Mədəniyyət Günləri çərçivəsində teatrların qastrol səfərlərinin dəstəklənməsi, rejissor və aktyorların birgə işlər görməsi ilə bağlı fikirlərini bölüşüb.

  Görüşdə teatrlar arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan müəllifləri əsərlərinin Türkiyə teatr səhnələrində tamaşaya qoyulması, bu istiqamətdə təcrübə mübadiləsi, ikitərəfli səfərlərin həyata keçirilməsi, memorandumların imzalanması barədə təkliflər irəli sürülüb.

  Samir Abbasov Türkiyədə keçirilən məşhur Kültür Yolu Festivalında da Azərbaycan teatrlarının təmsil olunmasını istədiklərini nəzərə çatdırıb.  

  Türkiyənin Azərbaycan Səfirliyinin birinci katibi Aygün Qocayeva ötən müddət ərzində səfirliyin bu istiqamətdəki işləri, Azərbaycan dramaturqları əsərlərinin Türkiyə teatr səhnələrində tamaşaya qoyulması ilə bağlı təşəbbüslərin artıq yeni yaradılan Mədəniyyət Mərkəzi tərəfindən sistemli şəkildə aparılacağına inamını ifadə edib.  

  Görüşdə təkliflər, birgə layihələrin həyata keçirilməsinə dair planların işlənilib-hazırlanması razılaşdırılıb.

  Sonda Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlar şöbəsinin müdiri Tamer Karadağlıya Türk-İslam Mədəniyyətinin Paytaxtı elan edilmiş Qarabağ incisi - Şuşa şəhərinə dair kitab hədiyyə olunub.

 



Әlaqәli Xәbәrlәr