Türkiyə zeytunçuluğu UNESCO siyahısna qəbul edildi

Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yazılı açıqlama verib ...

2073275
Türkiyə zeytunçuluğu UNESCO siyahısna qəbul edildi

 

  “Zeytun yetişdirilməsi ilə bağlı ənənəvi bilik, üsul və təcrübələr” adlı milli namizədlik qovluğunun qəbulu ilə Türkiyənin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısnda qeydə alınan mədəniyyət nümunələrinin sayı 26-ya çatdı.

  Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yazılı açıqlama verib: “Zeytun yetişdirilməsi ilə bağlı ənənəvi biliklər, metodlar və təcrübələr” adlı milli namizədlik qovluğu BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) Qeyri-Maddi Obyektlərin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 18-ci Sessiyasında təqdim edilmişdi. Botsvananın Kasane şəhərində keçirilən Təcili Qorunması Tələb Olunan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olundu. Bununla da Türkiyənin Qeyri-Maddi Mədəni İrs siyahılarında qeydə alınan mədəniyyət nümunələrinin sayı 26-ya çatdı.



Әlaqәli Xәbәrlәr