37-ci Beynəlxalq Ankara Musiqi Festivalı Azərbaycan ifaçıları ilə açıldı

Sevda Cenap And Musiqi Fondunun rəhbəri Əli Başman açılışda etdiyi çıxışında festivalın 6 fevralda Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkənlərin xeyrinə təşkil edildiyini söylədi

1970443
37-ci Beynəlxalq Ankara Musiqi Festivalı Azərbaycan ifaçıları ilə açıldı
uluslararasi ankara muzik festivali.jpg
uluslararasi ankara muzik festivali1.jpg

 

  37-ci Beynəlxalq Ankara Musiqi Festivalı 3 illik fasilədən sonra sənətsevərlərə açıldı.

  Sevda Cenap And Musiqi Fondu (Sevda Cenap And Müzik Vakfı) tərəfindən paytaxt Ankarada Cumhurbaşkanlığı Semfoni Orkestrası (CSO) Ada Ankara Ana Salonunda təşkil olunan festival Fuad İbrahimovun dirijorluğu və pianoçu Murad Adıgözəlzadə, skripkaçı Elvin Hoxha Qəniyevin solistlikləri ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycan, Türkiyə və Rusiya bəstəkarlarının konsertii ilə başladı.

  Sevda Cenap And Musiqi Fondunun rəhbəri Əli Başman açılışda etdiyi çıxışında festivalın 6 fevralda Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkənlərin xeyrinə təşkil edildiyini söylədi.

  Festivalın müxtəlif mədəniyyətlərin bir-birini tanımasına və qaynayıb-qarışmasına şərait yaratdığını deyən Ə.Başman bu il 37-ci Beynəlxalq Ankara Musiqi Festivalında 13 ölkədən 355 sənətçi və qrupun 17 konsert və şou-proqram təqdim edəcəyini bildirib.

  Qeyd edək ki, festival aprelin 28-dək davam edəcək.



Әlaqәli Xәbәrlәr