Brayan May “Sir” titulu ilə təltif olunub

Dünyaca məşhur “Queen” rok qrupunun keçmiş gitaraçısı Brayan Mayə İngiltərə kralı III Çarlz “Sir” titulunu verib.

1960062
Brayan May “Sir” titulu ilə təltif olunub

“Queen”-nun Twitter hesabında İngiltərə kralı III Çarlzın May-ı cəngavər elan etdiyi foto paylaşılıb. Açıqlamada : “Bu gün Bukingem sarayında Brayanın Cəngavərlik Mərasimi baş tutdu. Cəngavər rütbəsi isə Kral Çarlz tərəfindən təqdim edildi. Sir Brayanı təbrik edirik”.

Musiqi karyerasına 1968-ci ildə yaratdığı Smile qrupu ilə başlayan May, 1970-ci ildə Roger Taylor və Freddie Mercury ilə birlikdə “Queen” qrupunu qurdu. 1983-cü ildən qrupda solo olaraq fəaliyyət göstərən məşhur gitaraçı 2004-cü ildə Merkurinin ölümündən sonra qrupu Paul Rodgers ilə yenidən birləşdirərək dünya turuna çıxdı.

Qeyd edək ki, Brian May fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələdən sonra Böyük Britaniyada yerləşən Fəlakət Təcili Yardım Komitəsinin (DEC) Türkiye və Suriya üçün başlatdığı yardım kampaniyasına qatılıb və böyük məbləğdə ianə edib.



Әlaqәli Xәbәrlәr