Zəlzələlərdə Nemrut dağının monumental heykəlləri zədələnməyib

Adıyaman vilayəti ərazilərində yerləşən Nemrut dağının abidəvi heykəlləri xəsarət almayıb.

1956782
Zəlzələlərdə Nemrut dağının monumental heykəlləri zədələnməyib

Adıyaman vilayəti ərazilərində yerləşən Nemrut dağının abidəvi heykəlləri xəsarət almayıb.
Şərq və qərb sivilizasiyalarının qovşağında yerləşən UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil olan 2150 metr hündürlükdəki Nemrut dağı xarabalıqlarında abidəvi nəhəng heykəllər zəlzələlərdə zədələnmədən xilas oldu.
Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 ballıq zəlzələlərə baxmayaraq, "Dünyada günəşin doğuşunun və qürubunun ən gözəl olduğu yer" olaraq göstərilən Nemrut dağı tarixi yerində nəhəng ölçüdə və tonlarla ağırlıqdakı daş heykəllərdə xəsarət olmayıb. 

Kommagene Krallığına aid 50 metr hündürlükdə, 150 metr diametrdə olan kurqan və nəhəng heykəllərin yerləşdiyi Nemrut dağına gedən yol uzun müddət qar səbəbindən bağlanıb. Bölgəni gəzmək istəyənlər heykəllərin yerləşdiyi yerə təxminən 2,5 kilometr piyada çata bilərlər.

Anadolu Agentliyinin əməkdaşları zəlzələdən sonra ilk dəfə dağın şərq tərəfindəki heykəllərə baxıblar. Bölgədəki əlverişsiz hava şəraiti səbəbindən dağın qərb tərəfindəki heykəllərə baxmaq mümkün olmayıb. Onların verdiyi məlumata görə, zələlələr heykəlləri zədələməyib.



Әlaqәli Xәbәrlәr