Misirin cənubunda 2 min yaşlı şəhər aşkar edildi

Misir Turizm və Tarixi Əsərlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir...

1937383
Misirin cənubunda 2 min yaşlı şəhər aşkar edildi

 

  Misirin cənubundakı Lüksor şəhərində Roma dövrünə aid təxminən 2 min illik yaşayış məskəni tapıldı.

  Misir Turizm və Tarixi Əsərlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir: “Şərq tərəfdə Lüksor məbədi ilə bitişik ərazidə eramızdan əvvəl 30-395-ci illərə aid Roma dövründən qalma ilk məskunlaşma şəhəri aşkar olunub.

  Antik Teben (Thebes) şəhərinin bir uzantısı olduğu düşünülən ərazi Lüksor valiliyinin şərq sahilində ən mühüm və ən qədim yaşayış məntəqəsi olaraq qeyd edilib.

  Hazırda Lüksor şəhəri kimi tanınan Fiba antik Misirin ən mühüm şəhərlərindən biri hesab olunur.

  Antik Teben və məzarları 1979-cu ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.



Әlaqәli Xәbәrlәr