Elazığda Urartu dövrünə aid açıq hava məbədi ortaya çıxdı

Türkiyənin Elazığ rayonunda yerləşən tarixi Harput qalası ərazisində Urartu dövrünə aid 2800 yaşlı açıq hava məbəd sahəsi aşkarlandı

1623745
Elazığda Urartu dövrünə aid açıq hava məbədi ortaya çıxdı

 

  Türkiyənin Elazığ rayonunda yerləşən tarixi Harput qalası ərazisində Urartu dövrünə aid 2800 yaşlı açıq hava məbəd sahəsi aşkarlandı.

  Harput qalasının cənub-qərbində təbii qayaların oyulmasıyla düzəldilmiş oval və düz sahələrdən ibarət qurbangah (qurban kəsmə yeri), oturacaqları, pillələri, divar hücrələri (nişa) və müxtəlif məqsədli fərqli şəkil və böyüklüklərdə oyuqların olduğu açıq hava məbəd sahəsinin dini mərasimlər üçün istifadə edildiyi düşünülür.

  Fırat Universitetinin müəllimi professor İsmayıl Aytaçın rəhbərliyi ilə Harput qalası elmi-qazıntı qrupu tərəfindən təsbit edilən Urartu dövründən qalan açıq hava məbəd sahəsi bölgədə elmi işlər başa çatandan sonra hamının görməsi üçün gələnlərin ixtiyarına verilməsi düşünülür.



Әlaqәli Xәbәrlәr