İtaliyalı yazıcı Andrea Camilleri dünyasını dəyişdi

Dedektiv romanları ilə tanınan italiyalı yazıçısı Andrea Camilleri həyatını itirdi.

1237264
İtaliyalı yazıcı Andrea Camilleri dünyasını dəyişdi

paytaxtı Romada Santo Spirito Xəstəxanasında bir müddətdir müalicə qəbul edən 93 yaşlı yazıcı bu gün səhər həyata vida etdi.

Xəstəxanadan yayılan bəyanatda bildirilib ki, Yazıçı bir müddətdir düçar olduğu xəstəlikdən əziyyət çəkirdi.  Son  vaxtlarda vəziyyəti ağır olan yazıcı bu gün səhər daha da pisləşərək yerli vaxta görə saat 08.20-də dünyasını dəyişdi.

Qeyd edək ki, yazıcının kitabları bu günə qədər 31 milyon nüsxədə nəşr olunub. Camilleri xüsusiylə qələmə verdiyi dedektiv romanlar ilə şöhrətin qapılarını açmışdı. Camillerin detektiv romanları 1990-cı illərdə yayımlanan "Montalbano müfəttişi" adlı   seriyal film  üçün də ilham mənbəyi olmuşdu.

6 sentyabr 1925-ci ildə Sicilyada anadan olan Camilleri, kitabları ilə yanaşı teatr rejissoru və ssenarist kimliyi ilə də İtaliyanın ziyalıları arasında iştirak edirdi.

 

 

 



Әlaqәli Xәbәrlәr