2024-cü ilin ilk 4 ayında Şərqi Qara dəniz bölgəsindən fındıq ixracatı

Şərqi Qara Dəniz İxracatçılar Birliyinin (DKİB) sədri Saffet Kalyoncu 2024-cü ilin yanvar-aprel aylarında bölgədən 81 ölkə, muxtar və azad zonalara fındıq satıldığını bildirərək deyib ...

2140052
2024-cü ilin ilk 4 ayında Şərqi Qara dəniz bölgəsindən fındıq ixracatı

 

  2024-cü ilin ilk 4 ayında Türkiyənin Şərqi Qara dəniz bölgəsindən 478,8 milyon dollarlıq fındıq ixracatı həyata keçirilib.

  Şərqi Qara Dəniz İxracatçılar Birliyinin (DKİB) sədri Saffet Kalyoncu 2024-cü ilin yanvar-aprel aylarında bölgədən 81 ölkə, muxtar və azad zonalara fındıq satıldığını bildirərək deyib: “Bu ixracatdan 478 milyon 812 min 362 dollar gəlir əldə edilib. Ötən ilin eyni dövründə Şərqi Qara dəniz bölgəsindən 353 milyon 74 min 717 dollar dəyərində fındıq ixrac olunmuşdu. Bölgədən fındıq ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 36 faiz artıb.

  İtaliya, Almaniya və Polşa ən çox fındıq satılan üç ölkədir. İtaliyaya 123 milyon 292 min 619, Almaniyaya 91 milyon 574 min 516, Polşaya 38 milyon 574 min 893 dollarlıq fındıq ixrac edilib. Bu dövrdə Əlcəzair, Dubay, Venesuela, Şri-Lanka, Seneqal, Mavrikiy və Türkmənistana da fındıq satılıb”.



Әlaqәli Xәbәrlәr