“Togg” Avropa bazarına çıxacaq

Türkiyənin Sənaye və texnologiya naziri M.F.Kaçır ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın gələcəkdə dünyaya yeni texnologiya təşviqi proqramını açıqlayacağı ilə bağlı da müjdə verərək bildirib ...

2139576
“Togg” Avropa bazarına çıxacaq

 

  Türkiyənin yerli və milli elektrik avtomobili “Togg” 2025-ci ilin əvvəlində Avropa bazarına çıxacaq.

  Türkiyənin Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır Türkiyə Radio və Televiziya Qurumu – TRT-yə açıqlamasında deyib: “Togg” sadəcə Türkiyənin yeni bir avtomobil markası deyil, bütün maşın sənayesinin dəyişməsinə qabaqcıl olan bir markadır.

  Yollardakı “Togg”un sayı 30 minə yaxınlaşıb.

  Türkiyədə “Togg” həm elektrikli avtomobil sinfində, həm də öz model SUV avtomobilləri arasında bazar lideridir.

  Qarşıda Türkiyə dünyanın mühüm akkumulyator istehsal bazalarından da biri olacaq.

  “Togg”un avtonom sürücülük və süni intellekt imkanları da təkmilləşdiriləcək.

  Yeli istehsalımız olan “Togg” 2025-ci ilin əvvəlində Almaniyada satışa çıxarılacaq və beləliklə, Avropa bazarına girəcək.

  Hədəf Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində təqdim edilən “Togg”un artıq “fastback” modelini bazara çıxarmaqdır.

  “Togg” qarşıdakı dövrdə yeni sıçrayışlar edəcək”.

  Türkiyənin Sənaye və texnologiya naziri M.F.Kaçır ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın gələcəkdə dünyaya yeni texnologiya təşviqi proqramını açıqlayacağı ilə bağlı da müjdə verərək bildirib: “Prezidentimiz həm Türkiyənin milli layihələrini sürətləndirməyə, həm də çipdən tutmuş akkumulyatora qədər bütün yeni nəsil texnologiya sahələrində qlobal sərmayələri cəlb etməyə yönəlmiş yeni yüksək investisiya proqramını dünyaya elan edəcək”.



Әlaqәli Xәbәrlәr