“Təbi qaz boru kəmərlərinə bir “qardaş” da gəldi”, A.Bayraktar

Tədbirdən sonra təşkil edilən mətbuat konfransında çıxış edən A.Bayraktar iki ölkənin bu günə qədər bir çox layihəni birgə inkişaf etdirdiklərini bildirərək deyib ...

2139567
“Təbi qaz boru kəmərlərinə bir “qardaş” da gəldi”, A.Bayraktar

 

  Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə nəqlinə dair razılıq əldə olunub.

  Türkiyənin Energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə İstanbulda təbii qaz sahəsində Türkiyə-Azərbaycan Əməkdaşlıq Sazişi imzalanması mərasimində iştirak edib.

  Tədbirdən sonra təşkil edilən mətbuat konfransında çıxış edən A.Bayraktar iki ölkənin bu günə qədər bir çox layihəni birgə inkişaf etdirdiklərini bildirərək deyib: "Bakı-Tbilisi-Ceyhan Xam Neft Kəməri Xəzər və Qafqaz regionlarından neftin, xüsusən də Azərbaycan neftinin Türkiyəyə, Türkiyə vasitəsilə isə dünya bazarlarına çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu, dünya neft tədarükü bazarı üçün balanslaşdırılmış vacib bir layihədir.

  Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Ərzurum Təbii Qaz Boru Kəməri və Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihələrini inkişaf etdirib. Xüsusilə də bu gün imzaladığımız müqavilə ilə təbii qaz sahəsində əlaqələrimiz yeni ölçüyə çatır. Saziş 2030-cu ilə qədər Azərbaycan və Xəzərdəki təbii qazın Türkiyəyə çatdırılmasını əhatə edir. Bu qaz Türkiyə üzərindən Avropaya çatacaq. Eyni zamanda, bu razılaşma nəticəsində Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə nəqli ilə bağlı da razılığa gəldik.

  Türkiyə və Azərbaycanın birgə inkişaf etdirdiyi boru kəmərlərinə yeni - Azərbaycanın Naxçıvan Muxtar Respublikasına təbii qaz çatdıracaq İğdır-Naxçıvan Təbii Qaz Boru Kəməri “qardaş”ı da gəldi. İnşaallah, bu qış Naxçıvanın təbii qazı Türkiyə üzərindən nəql olunacaq. Biz bu xətti tez bir zamanda istifadəyə verməyi planlaşdırırıq”.

  Azərbaycanın iqtisadiyyat naziri M.Cabbarov Türkiyə-Azərbaycan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini də diqqətə çatdırıb, İğdır-Naxçıvan Boru Kəmərinin əhəmiyyətinə toxunub, bölgəyə göndəriləcək təbii qazla həm Naxçıvanın enerji təhlükəsizliyinin, həm də Türkiyə-Azərbaycan qardaşlığının güclənəcəyini söyləyib.



Әlaqәli Xәbәrlәr