“Kənd təsərrüfatı məhsulları istehsalında Avropada liderik”, R.T.Ərdoğan

Paytaxt Ankarada Türkiyə Kənd Təsərrüfatı Palataları Birliyinin Məşvərət Şurasının toplantısında iştirak edən R.T.Ərdoğan çıxışında deyib ...

2139610
“Kənd təsərrüfatı məhsulları istehsalında Avropada liderik”, R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin kənd təsərrüfatı məhsullarının həcminə görə Avropada lider, dünyada isə ilk 10 ölkə arasında olduğunu bildirib.

  Paytaxt Ankarada Türkiyə Kənd Təsərrüfatı Palataları Birliyinin Məşvərət Şurasının toplantısında iştirak edən R.T.Ərdoğan çıxışında deyib: “Ölkəni demokratiya, iqtisadiyyat, heyvandarlıq və istehsalatda ağlasığmaz səviyyəyə gətirdik.

  Türkiyənin kənd təsərrüfatı potensialını üzə çıxarmaq üçün qrant dəstəyi verdik.

  İstehsalın yaxşılaşdırılması üçün kənd təsərrüfatına dayaq olduq.

  İstehsalçılarımızın gərgin səyləri sayəsində kənd təsərrüfatı və meşə təsərrüfatı sektorlarımız son 21 ilin 16-sında inkişaf sürəti götürüb.

  Kənd təsərrüfatı məhsullarının istehsalına görə Avropada lider, dünyada isə ilk 10-luqdayıq.

  Biz fındıq, əncir, albalı və ərik istehsalına görə dünyada birinci, tərəvəzdə 4-cü, meyvə istehsalında isə 5-ci yerdəyik.

  İxracatımızı 3,8 milyard dollardan 31 milyarda yüksəltmişik.

  Son 22 ildə biz tarla bitkiləri istehsalını 78 milyon, meyvə istehsalını isə 27 milyon tona çatdırmışıq.

  Türkiyənin 2023-cü ildə 212 ölkə və bölgəyə 2200 adda kənd təsərrüfatı məhsulu ixrac edib”.



Әlaqәli Xәbәrlәr