İstanbulu 2024-cü ilin ilk üç ayında üç milyondan çox turist ziyarət edib

İstanbula gələn əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə  8,22 faiz artıb.

2138106
İstanbulu 2024-cü ilin ilk üç ayında üç milyondan çox turist ziyarət edib

İstanbulu 2024-cü ilin ilk 3 ayında 3 milyon 766 min 718 əcnəbi turist ziyarət edib.
İstanbula gələn əcnəbi turistlərin  sayı ötən ilin eyni dövrü ilə müqayisədə  8,22 faiz artıb.
2024-cü ilin İlk 3 ayında Türkiyəyə gələn 7 milyon 42 min 850 əcnəbi turistin yarısından çoxu İstanbula üz tutub.
İstanbula cari ilin mart ayında gələn turistlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə  8,49 faiz artıb.
Rusiya Federasiyası mart ayında 163 548 min nəfərlə İstanbula ən çox ziyarətçi göndərən ölkələr arasında birinci olub.
İran 121 194 min ziyarətçi ilə 2-ci, Almaniya 115 563 min ziyarətçi ilə 3-cü, Böyük Britaniya 57097 min ziyarətçi ilə 4-cü, ABŞ 55 940 min ziyarətçi ilə 5-ci,  Fransa isə 35 446 min ziyarətçi ilə 6-cı olub.
Mart ayında ərəb ölkələrindən İstanbula gələn ziyarətçilər arasında Əlcəzair birinci, İraq ikinci, Mərakeş üçüncü, Səudiyyə Ərəbistanı isə dördüncü yerdədir. Bu dövrdə İstanbulu həmçinin Səudiyyə Ərəbistanını Livan, Liviya, Misir, İordaniya və tunisli turistlər ziyarət ediblər.



Әlaqәli Xәbәrlәr