Ankarada Azərbaycan-Türkiyə Biznes Forumu keçirildi

Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki ...

2137174
Ankarada Azərbaycan-Türkiyə Biznes Forumu keçirildi

 

  Mayın 8-də paytaxt Ankarada Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib.

  Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının baş naziri Əli Əsədov və Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz biznes forumun açılışında iştirak və çıxış ediblər.

  Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verilib, iki ölkənin hökumətlərinin bundan sonra da biznes dairələri arasında dialoqun təşviqinə dəstək vermək əzmində olduqları bildirilib.

  Biznes forum çərçivəsində Azərbaycan və Türkiyənin iş adamları arasında ikitərəfli görüşlər keçirilib.



Әlaqәli Xәbәrlәr