Türkiyə və Əlcəzair enerji nazirləri telefonda danışdı

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Əlcəzairin enerji və mədən naziri Məhəmməd Arkab ilə müxtəlif əməkdaşlıq məsələləri, xüsusilə mayeləşdirilmiş təbii qaz (LNG) ilə bağlı müzakirələr aparıb

2136138
Türkiyə və Əlcəzair enerji nazirləri telefonda danışdı

 

  Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Əlcəzairin enerji və mədən naziri Məhəmməd Arkab ilə müxtəlif əməkdaşlıq məsələləri, xüsusilə mayeləşdirilmiş təbii qaz (LNG) ilə bağlı müzakirələr aparıb.

  Bayraktar və Arkab telefonda iki ölkə arasında davam edən LNG ticarətinin inkişafı, Türkiyə Neft Anonim Şirkəti ilə Əlcəzairin milli şirkəti SONATRACH arasında həyata keçirilən müştərək layihələr, "Mineral Research and Search International Mining İnc." birgə şirkət qurma fəaliyyəti ilə bağlı məsələlərdən danışıblar. 

  Alparslan Bayraktar iki ölkə arasında xüsusilə enerji sektorunda mövcud olan sıx əlaqələrdən və yüksək səviyyəli görüşlərdən məmnunluğunu ifadə edib. Türkiyə ilə Əlcəzair arasındakı sıx əməkdaşlığın bölgənin sabitliyi və rifahına mühüm töhfə verdiyini vurğulayan türkiyəli nazir iki ölkə arasında dostluq əlaqələrinin və ticarət həcminin artırılmasını arzuladığını bildirib. BOTAŞ ilə SONATRACH arasında 1988-ci ildən bəri davam edən LNG ticarətinin 2027-ci ilə qədər uzadıldığını xatırladan Bayraktar bu əməkdaşlığın davam etməsini istədiklərini qeyd edib. Bu müddət ərzində Türkiyə Əlcəzairdən hər il 4,4 milyard kubmetr qaz almağa davam edəcək.

 



Әlaqәli Xәbәrlәr