İİB-dən Türkiyə hökumətinə milyardlarla dollar kredit

Bu barədə Türkiyənin maliyyə və xəzinədarlıq naziri Mehmet Şimşek İİB-nin paytaxt Riyadda keçirilən iclasının yekunlarını şərh edərkən məlumat verib

2133296
İİB-dən Türkiyə hökumətinə milyardlarla dollar kredit

 

  İslam İnkişaf Bankı (İİB) Türkiyə hökumətinin ortamüddətli iqtisadi proqramını dəstəkləmək üçün ölkəyə 6,3 milyard dollar kredit ayıracaq. Bu barədə Türkiyənin maliyyə və xəzinədarlıq naziri Mehmet Şimşek İİB-nin paytaxt Riyadda keçirilən iclasının yekunlarını şərh edərkən məlumat verib.

  Türkiyəli nazir qeyd edib ki, bu qərar İİB-nin Türkiyə üzrə 2024-2025-ci illər Strategiyası çərçivəsində qəbul edilib və Səudiyyə Ərəbistanının paytaxtında müvafiq saziş imzalanıb.

  Mehmet Şimşek bildirib: “İslam İnkişaf Bankının ayırdığı vəsait səhiyyə, təhsil, nəqliyyat, kənd təsərrüfatı, sənaye sahələrində həyata keçirilən layihələrin maliyyələşdirilməsinə də sərf olunacaq. İİB bu günədək əlverişli kreditləşmə şərtləri altında Türkiyəyə ümumilikdə 12,9 milyard dollar ayırıb. İİB Dünya Bankından (DB) sonra Türkiyənin ikinci mühüm beynəlxalq maliyyə tərəfdaşıdır. DB-nin xətti ilə Türkiyəyə 35 milyard dollar kredit ayrılması məsələsi də təsdiqlənib”.



Әlaqәli Xәbәrlәr