İstanbul Hava Limanı 5 fərqli kateqoriyada mükafata layiq görülüb

İstanbul Hava Limanı ABŞ-da dərc olunan səyahət jurnalı "Global Traveller" (GT) oxucularının səsverməsi nəticəsində 5 fərqli kateqoriyada mükafata layiq görülüb.

2077850
İstanbul Hava Limanı 5 fərqli kateqoriyada mükafata layiq görülüb

İstanbul Hava Limanı ABŞ-da dərc olunan səyahət jurnalı "Global Traveller" (GT) oxucularının səsverməsi nəticəsində 5 fərqli kateqoriyada mükafata layiq görülüb.

İstanbul Hava Limanı Operatoru İGA-nın verdiyi məlumata görə, GT jurnalının GT jurnalının 20-ci ildönümü münasibətilə ABŞ-ın Los-Anceles şəhərində "The Langham Huntington Pasadena"da keçirilən mükafatlandırma mərasimində İGA İstanbul Hava Limanının Korporativ Kommunikasiyalar Direktoru Gökhan Şengül iştirak edib.

Jurnalın oxucuları tərəfindən həm "Dünyanın Ən Yaxşı Hava Limanı", həm də "Avropanın Ən Yaxşı Hava Limanı" mükafatlarına layiq görülən İstanbul Hava Limanı eyni zamanda "Ən yaxşı yemək və içki sahəsinə sahib hava limanı", "Ən yaxşı alış-verişə malik hava limanı" və "Avropanın Ən Yaxşı Hava Limanı", həmçinin "Ən yaxşı rüsumsuz alış-veriş təcrübəsini təklif edən hava limanı" mükafatına layiq görülüb.

Mükafat mərasimində çıxış edən Şengül hava limanının istifadəyə verildikdən sonra son 5 ildə 200 milyondan çox sərnişinə xidmət göstərdiyini bildirib və deyib:

"Biz bütün maraqlı tərəflərimizə və sərnişinlərimizə gələcəyin hava limanı təcrübəsini bu gün təqdim edirik və sərnişinlərimizi türk qonaqpərvərliyi ilə qarşılayırıq. Əsas prioritetimiz hər zaman səyahət təcrübəsini daha asan, daha zövqlü və gözləniləndən daha yüksək etməkdir".



Әlaqәli Xәbәrlәr