Bu, bank ehtiyatlarına ekvivalent real pul olacaq

Beynəlxalq Valyuta Fondunun (BVF) mövzu ilə bağlı hesabatına görə...

2004670
Bu, bank ehtiyatlarına ekvivalent real pul olacaq

 

  İsveçrə Milli Bankı (SNB) İsveçrənin SİX rəqəmsal birjasında Mərkəzi Bankın Rəqəmsal Valyutasını (CBDC) buraxacağını açıqlayıb.

  Sürixdəki konfransda çıxış edən SNB idarə heyətinin sədri Tomas Cordan (Thomas Jordan) SNB-nin pilot olaraq İsveçrənin SİX rəqəmsal mübadiləsində CBDC topdan satışını həyata keçirəcəyini bildirərək deyib: “Bu, sadəcə bir təcrübə deyil, bank ehtiyatlarına ekvivalent real pul olacaq və məqsəd bazar iştirakçıları ilə real əməliyyatları sınaqdan keçirməkdir".

  CBDC bir ölkənin rəsmi valyutasının rəqəmsal versiyası kimi müəyyən edilib. Onların bir mərkəz əsasında istehsal edilməsi CBDC-ləri “Bitcoin” kimi kriptovalyutalardan fərqləndirən ən əsas xüsusiyyət kimi göstərilir. Bura qədər paylanmış kitab texnologiyasından istifadə etməklə yaradılmış və rəqəmsal şəbəkələr üzərində paylanmış kriptovalyutaları idarə edən heç bir mərkəzi orqan yox idi.

  Beynəlxalq Valyuta Fondunun (BVF) mövzu ilə bağlı hesabatına görə, CBDC-lərin pul siyasəti, maliyyə sabitliyi və beynəlxalq pul sisteminə əhəmiyyətli təsirləri gözlənilir.



Әlaqәli Xәbәrlәr