Türkiyə “Mal və xidmətlər üzrə ən aşağı qiymət səviyyəsi”nə malik ölkə oldu

Türkiyə Statistika Təşkilatı 2022-ci il üçün “Alıcılıq gücü pariteti: ev təsərrüfatlarının son istehlak xərcləri”nin nəticələrini açıqlayıb

2002660
Türkiyə “Mal və xidmətlər üzrə ən aşağı qiymət səviyyəsi”nə malik ölkə oldu

 

  Türkiyə Avropada istehlak malları və xidmətlər üzrə ən aşağı qiymət səviyyəsi indeksinə malik ölkə sayıldı.

  Türkiyə Statistika Təşkilatı 2022-ci il üçün “Alıcılıq gücü pariteti: ev təsərrüfatlarının son istehlak xərcləri”nin nəticələrini açıqlayıb. Buna əsasən, Türkiyənin istehlak malları və xidmətlərinin qiymət səviyyəsi indeksi 40 olub. Bu dəyər göstərir ki, 27 Avropa İttifaqı (Aİ) ölkəsində 100 avroya alınan eyni mal və xidmətlər səbətini Türkiyədə 40 avroya almaq mümkündür.

  27 Aİ-yə üzv dövlət, 3 Avropa Azad Ticarət Assosiasiyası (EFTA) ölkəsi - İsveçrə, İslandiya və Norveç, 5 namizəd - Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya və Albaniya və 1 potensial namizəd Bosniya-Herseqovina müqayisə edilib. 36 ölkə arasında istehlak malları və xidmətlərin qiymət səviyyəsi indeksi ən yüksək olan ölkə 174 ilə İsveçrə, ən aşağı 40 ilə Türkiyə olub.

  Qeyd edək ki, qiymət səviyyəsi indeksi ölkələrin milli pullarının valyuta məzənnəsi ilə müqayisədə alıcılıq qabiliyyətini göstərir. Bir ölkənin qiymət səviyyəsi indeksi 100-dən böyükdürsə, ora “bahalı”, 100-dən aşağıdırsa, “ucuz” kimi müəyyən edilir.



Әlaqәli Xәbәrlәr