Adıyamana zəlzələ fəlakətindən sonra bu ölkədən ilk turist qrupu gəlib

Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən zərər çəkən Adıyamana ilk turist qrupu Cənubi Koreyadan gəlib.

1968829
Adıyamana zəlzələ fəlakətindən sonra bu ölkədən ilk turist qrupu gəlib
adiyaman guney kore turistler.jpg
adiyaman guney kore turistler1.jpg
adiyaman guney kore turistler2.jpg

Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdən zərər çəkən Adıyamana ilk turist qrupu Cənubi Koreyadan gəlib.

Turist qrupu Adıyaman hava limanında mərasimlə qarşılanıb.

Mədəniyyət və turizm nazirinin müavini Əhmət Misbah Dəmircan mərasimdən sonra jurnalistlərə açıqlamasında zəlzələlərdən artıq 56 gün keçdiyini və bu müddət ərzində Adıyamanda həyatın normallaşması üçün çoxlu cəhdlər edildiyini bildirib.

Adıyaman üçün turizm fəaliyyətlərinin də əhəmiyyətli olduğuna diqqət çəkən Dəmircan ilk turist qrupunun zəlzələdən sonra gəldiyini ifadə edib:

“Turizm mövsümü də bu mənada artıq başlayıb”.

Dəmircan Adıyamanın tarixi, mədəniyyəti, qastronomiyası və təbii gözəllikləri ilə bənzərsiz bir yer olduğuna diqqət çəkib.

Turist qrupu daha sonra Nemrut dağı başda olmaqla bölgənin tarixi və turistik yerlərini gəzmək üçün hava limanından ayrılıb.

Cənubi koreyalı turist qrupu ilk olaraq Karakuş kurqanını gəzərək, bölgə haqqında məlumat alıb.

Daha sonra Tarixi Cendere körpüsünə gedən turistlər Nemrut dağına qalxaraq, buradakı tarixi tikililəri tədqiq ediblər.



Әlaqәli Xәbәrlәr