Türkiyənin iqtisadiyyatı üçün artım proqnozu 5,2%-ə yüksəldilib

Beynəlxalq kredit reytinq agentliyi Standard & Poor's (S&P) Türkiyə iqtisadiyyatı üçün bu il artım proqnozunu 5,2 faizə, gələn il üçün isə 2,8 faizə yüksəldib.

1886574
Türkiyənin iqtisadiyyatı üçün artım proqnozu 5,2%-ə yüksəldilib

TRT xəbər verir ki, Kredit reytinq agentliyinin “Qlobal İqtisadi Görünüş” adlı hesabatında bu barədə məlumat verilib.

Bildirilib ki, cari ilin ikinci rübündə gözlənilən rəqəmi ötməsi və qış aylarına qədər davam edəcəyi təxmin edilən turizm sektorunun güclü performansı Türkiyə iqtisadiyyatının artım proqnozuna yenidən baxılmasına səbəb kimi göstərilib və artım nisbəti 5,2% -ə yüksəldilib.

Hesabatda həmçinin qeyd edilib ki, Türkiyənin 2023-cü il parlament və prezident seçkiləri öncəsi hökumətin həyata keçirə biləcəyi mümkün əlavə siyasət dəstəyi gözləntiləri ilə gələn il üçün iqtisadi artım gözləntisi1,1 faiz artırılaraq 2,8 faizə yüksəldilib.

Türkiyənin inkişaf etməkdə olan bazarlardakı güclü turizm performansının nümunə kimi göstərildiyi hesabatda enerji ixracatçıları üçün hələ də çox əlverişli ticarət şəraitinin olduğuna diqqət çəkilib və Qışa qədər davam edəcək turizm mövsümü də daxil olmaqla, Türkiyədə ümumi çətin regional iqtisadi perspektivdə bəzi önəmli nöqtələrin mövcud olduğuna təkid edilib.



Әlaqәli Xәbәrlәr