Rusiya-Ukrayna müharibəsinə görə ərzaq qiymətləri 8-20 faiz bahalaşa bilər

Sözügedən mövzu barədə mərkəzi qərargahı Romada yerləşən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - FAO məlumat yayıb

1794627
Rusiya-Ukrayna müharibəsinə görə ərzaq qiymətləri 8-20 faiz bahalaşa bilər

 

  Rusiya-Ukrayna gərginliyi fonunda yaranacaq tədarük çatışmazlığı səbəbindən qlobal ərzaq və yem qiymətləri 8-20 faiz bahalaşa bilər. Bu da dünyada az qidalanan insanların sayını artmasına səbəb olacaq. Sözügedən mövzu barədə mərkəzi qərargahı Romada yerləşən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - FAO məlumat yayıb.

  “Dünyanın əsas taxıl ixracatçılarından biri olan Ukraynadakı hazırkı vəziyyət taxıl məhsullarının biçinin qeyri-müəyyən olduğunu göstərir. İlkin qiymətləndirməyə görə, Ukraynada qışlıq taxıl, qarğıdalı və günəbaxan sahələrinin 20-30 faizi bu il əkilib-biçilməyəcək. Rusiyanın ixracı da beynəlxalq sanksiyalara görə azala bilər. Rusiya, həmçinin enerji resurslarının üstünlüyü ilə gübrə ixracında da dünyada birinci yerdədir. Rusiya və Ukrayna dünyanın ən mühüm kənd təsərrüfatı istehsalçılarıdırlar. Bu ölkələr arpa tədarükünün 19 faizini, buğdanın 14 faizini və qarğıdalının 4 faizini təmin etməklə qlobal taxıl ixracının üçdəbirini həyata keçirirlər”, - deyə FAO - BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatında deyilir.



Әlaqәli Xәbәrlәr