İstanbul Etnokültür Festivalında Azərbaycan

İstanbul Etnokültür Festivalında Azərbaycan milli mədəniyyətinə dair stend, əl sənəti, milli musiqi və rəqslər təqdim ediləcək

2142342
İstanbul Etnokültür Festivalında Azərbaycan
İstanbul Etnokültür Festivalı_03.jpg

 

  İstanbul Etnokültür Festivalında Azərbaycan milli mədəniyyətinə dair stend, əl sənəti, milli musiqi və rəqslər təqdim ediləcək.

  2024-cü ilin 6-9 iyun tarixlərində Dünya Etno-İdman Konfederasiyası İstanbulda keçmiş Atatürk Hava Limanı ərazisində VI Mədəniyyət Festivalını keçirəcək.

  Türkiyədə böyük marağa səbəb olan və dünyanın 30-dan çox ölkəsinin qatıldığı festivalda Azərbaycan mədəniyyətini özündə əks etdirən çadır qurulacaq, əl sənəti işləri, habelə milli musiqi və rəqslər təqdim olunacaq.

  Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ölkə üçün ayrılmış çadırda müxtəlif bölgələrinə aid xalça, Azərbaycan kəndlisinin həyat tərzini əks etdirən ev əşyaları (masa, küp qablar, dəmir və mis qazanlar, su kuzələri, çay dəstgahı, şirniyyat xonçası, beşik, nehrə, çıraq və s. müxtəlif qablar), milli geyimli qız və oğlan maketləri və s. sərgilənəcək. Qonaqlar canlı olaraq ustaların Azərbaycan xalçasının toxunma prosesi, miniatür rəsmlərin yaradılması və ağaç üzərində oyma sənətinə dair iş prosesini izləmək imkanı əldə edəcəklər.

  İstanbul Etnokültür Festivalında Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi bədii proqram çərçivəsində mərkəzin nəzdindəki “Xəzər” rəqs ansamblı milli rəqslər, çalğıçılar çıxışlar edəcək, habelə Azərbaycanın Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimi, gənc xanəndə Habil Məmmədov və onun şagirdlərinin ifaları səslənəcək

  Festival çərşivəsində Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə məşhur Qarabağ atlarının keçidi və çıxışları olacaq.

  Tədbirdə Türkiyənin şəhərləri ilə yanaşı və ayrı-ayrı ölkələri tanıdan çadırlarda həyat və məişət tərzlərinə dair əşyalar, əl sənətləri və mədəniyyətlərini təqdim ediləcəklər.

  Qeyd edək ki, 2016-cı ildən Dünya Etnoidman Konfederasiyası tərəfindən təşkil edilən bu rəngarəng ənənəvi idman və mədəniyyət festivalına dünyanın hər yerindən milyonlarla qonaq gəlir.  



Әlaqәli Xәbәrlәr