Türkiyenin qadınlardan ibarət milli voleybol komandası vətənə qayıdıb

Yaponiyada keçirilən 2024-cü il Paris Olimpiya təsnifat mərhələsinin B qrupunda keçirdiyi bütün oyunlarda qələbə qazanaraq olimpiadada iştirak etmək hüququ qazanan Türkiyenin qadınlardan ibarət milli voleybol komandası vətənə qayıdıb.

2042059

Türkiyenin qadınlardan ibarət milli voleybol komandasını hava limanında İstanbul valisi Davud Gül, “Arnavutköy Belediye Spor”un gənc voleybolçuları, çox sayda jurnalist və azarkeşlər qarşılayıb.

Komandanın kapitanı Eda Erdem hava limanında verdiyi açıqlamada: “Məqsədimizə nail olduq. Çox xoşbəxtik. Hamımızın fəxr etdiyi nailiyyətlər oldu. Bütün dostlarıma, texniki heyətə və federasiyaya təşəkkür edirəm. Bu komandadakı hər bir fərd bu yayı unudulmaz etdi. Gözəl bir yay keçirdik. Növbəti yayı səbirsizliklə gözləyirik. İndi hədəfimiz daha yüksəkdir. Olimpiadalarda medalın rəngi haqqında danışmaq istəyirik”.

Әlaqәli Xәbәrlәr