"Real Madrid" Arda Gülerlə müqavilə imzaladı

İspaniyanın "Real Madrid" klubu Türkiye millisinin futbolçusu Arda Gülerlə müqavilə imzaladı.

2008490
"Real Madrid" Arda Gülerlə müqavilə imzaladı
Arda güler İmza real madrid perez.jpg

İspaniyanın "Real Madrid" klubu Türkiye millisinin futbolçusu Arda Gülerlə müqavilə imzaladı.

Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mərasimdə çıxış edən "Real Madrid" klubunun prezidenti Florentino Perez "Arda Gülərin istedadları bütün dünyanı heyran etdi. "Real Madrid"i seçdiyin üçün təşəkkür edirik. Biz birlikdə tarix yaza bilərik" deyib.

İmzalanma mərasimində çıxış edən "Real Madrid" prezidenti Florentino Perez "Real Madridə xoş gəlmisiniz, Arda Gülər. Bu böyük gündə yanımızda olanlara təşəkkür edirik. Komandanı gücləndirmək üçün hər zaman yaxşı oyunçular cəlb etmişik. Ehtiraslı bir komanda formalaşdırmışıq. Gələcəyimizdə mühüm payı olacaq bir istedadı transfer etdik.Bu gün bizim üçün çox önəmlidir. Heyətimizə "Real Madrid" arzusu ilə böyümüş daha bir gənci əlavə edirik. Bütün klublar Arda Güler ilə maraqlanırdı.  Arda Güleri sizə qürurla təqdim edirəm. Ardanı dünyanın ən yaxşı futbolçularından biri kimi yetişdirən ailəsinə ehtiramımı bildirirəm" deyib.

Prezident Perezdən sonra çıxış edən Arda Güler "Bu gün həyatımın ən özəl günüdür. Bu günə qədər gəlişimdə əməyi olan hər kəsə təşəkkür edirəm. Mən də bu klubun əfsanəsi olmaq istəyirəm. "Real Madrid" sizi istədiyi zaman mövzu bağlanır..Bura oynamaq üçün gəlmişəm. Kardda əhəmiyyətli oyunçular var, amma yarışmağa hazıram" deyib.

18 yaşlı yarımmüdafiəçi 6 illik sözləşməyə qol çəkib. Oyunçu yeni komandasında 24 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Arda Güler "Real Madrid"ə "Fənərbağça"dan transfer olunub.



Әlaqәli Xәbәrlәr