Arda Güler ​​artıq İspaniyadadır

“Real Madrid” klubu Arda Gülerin transferi üçün "Fənərbağça" klubu ilə razılığa gəldiyini, türkiyəli futbolçu ilə 6 mövsümlük müqavilə imzalanacağını açıqlayıb

2008257
Arda Güler ​​artıq İspaniyadadır

 

  İspaniyanın "Real Madrid" klubuna transfer olunan Türkiyə milli futbolçusu Arda Gülər ​​paytaxt Madridə yollanıb.

  Şəxsi təyyarə ilə İstanbuldan “Madrid Barajas Adolfo Suarez” hava limanına gələn Ardanı "Real Madrid"dən olan menecer və klubun televiziyası qarşılayıb.

  Madridə enən təyyarədə Ardanı atası Ümit Güler, anası Serap Güler ​​və yaxınları müşayiət edib.

  “Real Madrid” klubu Arda Gülerin transferi üçün "Fənərbağça" klubu ilə razılığa gəldiyini, türkiyəli futbolçu ilə 6 mövsümlük müqavilə imzalanacağını açıqlayıb.

  Madriddə sağlamlıq yoxlamasından keçəcək və yeni komandası ilə müqavilə imzalayacaq Arda 8 iyulda Türkiyə saatı ilə saat 13.00-da “Real Madrid”in idman obyektləri olan "Real Madrid Sportive City"də mətbuata təqdim olunacaq.

  Arda Güle "Real Madrid"in mövsümöncəsi təlim-məşq toplantısına qatılacaq.

  “Real Madrid”lilər 2023-2024-cü illər mövsümü üçün iyulun 10-da Valdebebasdakı yerlərində görüşəcək və futbolçularu sağlamlıq yoxlamasından keçdikdən bir neçə gün sonra ABŞ-a yola düşəcəklər. "Soccer Champions Tour" adlanan turnirdə "Real Madrid" "Milan", "Mançester Yunayted" (Manchester United), "Barselona" və "Yuventus"la (Juventus) qarşılaşacaq.



Әlaqәli Xәbәrlәr