Türkiyə millisinin Ermənistan və Latviya ilə matçlarının stadionları açıqlandı

A milli futbol komandasının Ermənistan və Latviya ilə matçlarının stadionları açıqlanıb

1999888
Türkiyə millisinin Ermənistan və Latviya ilə matçlarının stadionları açıqlandı

 

  Türkiyənin A milli futbol komandası Eskişehir və Adanada oynayacaq.

  A milli futbol komandasının Ermənistan və Latviya ilə matçlarının stadionları açıqlanıb.

  8 sentyabrda Ermənistan komandası ilə qarşılaşma Eskişehir Yeni Stadionunda (Eskişehir Yeni Stadı) olacaq.

  15 oktyabrda Latviya matçı Yeni Adana stadionunda oynanılacaq və beləliklə, 4 illik fasilədən sonra Türkiyə millisi matçının həyəcanı Eskişehirdə 5-ci dəfə yaşanacaq.

  Ay-ulduzlular birinci matçlarını Yeni Adana stadionunda keçirəcəklər.

  Avropa Çempionatının Qrup Seçmə mərhələsində Latviya matçına  hazırlıqlarını Türkiyə millisi TFF Hasan Doğan Milli Komandalar Düşərgə və Məşq Obyektlərində (TFF Hasan Doğan Millî Takımlar Kamp ve Eğitim Tesisleri) davam etdirir.

  Xatırladaq ki, Türkiyə milli furbol komandası oktyabrın 12-də Xorvatiyaya qonaq olacaq və Osijek şəhərindəki Opus meydanında qarşılaşacaq.



Әlaqәli Xәbәrlәr