“Başakşəhər”in formasını geyinən Özil karyerasını bitirdi

Almaniya milli komandasının sabiq yarımmüdafiəçisi Məsut Özil karyerasını bitirdiyini açıqlayıb.

1964087
“Başakşəhər”in formasını geyinən Özil karyerasını bitirdi

TRT spor xəbər verir ki, 34 yaşlı futbolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Son olaraq “Başakşəhər”in formasını geyinən futbolçu Türkiyədə “Fənərbaxça”nın da uğurları üçün çalışıb. O, Türkiyeyə gələnə qədər “Şalke”, “Verder”, “Real” və “Arsenal” kimi klubların şərəfini qoruyub.

 



Әlaqәli Xәbәrlәr