Avroliqada da 1/8 finala yekun vuruldu

Matçlardan sonra 1/4 finalda yoluna davam edəcək 8 komanda müəyyənləşib.

1961005
Avroliqada da 1/8 finala yekun vuruldu

Avroliqada da 1/8 finala yekun vuruldu

Türkiyenin turnirdəki yeganə təmsilçisi “Fənərbaxça” ilk görüşdə səfərdə 2:0 hesabı ilə məğlub olduğu İspaniya təmsilçisi “Sevilya”ya 1:0 hesabı ilə qalib gəlsə də, turnirlə vidalaşıb.

Turnirin favoritlərindən sayılan İngiltərə təmsilçiləri “Mançester Yunayted” səfər, “Arsenal” isə ev oyununa çıxıb. “Qırmızı şeytanlar” mərhələ adladığı halda, “topçular” doğma meydanda penaltilərlə uduzaraq mübarizəni dayandırıblar.

İtaliya klubları “Yuventus” və “Roma” səfərdə mərhələ adlamağa nail olublar.

Almaniyanın “Bayer” klubu doğma meydanda 2 cavabsız qolla yendiyi Macarıstan “Ferentsvaroş”una səfərdə də eyni hesabla qalib gəlib. Almaniyanın digər təmsilçisi “Union Berlin” isə Belçika “Yunion”una səfərdə 2 cavabsız qolla uduzaraq mübarizəni dayandırıb.

“Feyenord” (Niderland) da Donetsk “Şaxtyor”unu darmadağın etməklə mərhələ sevinci yaşayıb.

Avropa Liqası

1/8 finalın cavab oyunları

16 mart

“Betis” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) 0:1
Qol: Raşford, 56.
İlk oyun - 1:4

“Fənərbaxça” (Türkiyə) - “Sevilya” (İspaniya) 1:0
Qol: Valensiya, 41-pen.
İlk oyun - 0:2

“Feyenord” (Niderland) - “Şaxtyor” (Donetsk, Ukrayna) 7:1
Qol: Ximenes, 9. O.Kökcü, 24; 38-pen. İdrissi, 49; 60. Cahanbaxş, 64. Danilo, 67 – Kelsi, 87. 
İlk oyun - 1:1

“Frayburq” (Almaniya) - “Yuventus” (İtaliya) 0:2
Qol: Vlahoviç, 45-pen. Kyeza, 90+5.
İlk oyun - 0:1

“Arsenal” (İngiltərə) - “Sportinq” (Portuqaliya) 1:1 (penaltilər 3:5)
Qol: Caka, 19 - P.Qonsalves, 62.
İlk oyun - 2:2

“Ferentsvaroş” (Macarıstan) - “Bayer” (Almaniya) 0:2
Qol: Diabi, 3. Adli, 81.
İlk oyun - 0:2

“Real Sosyedad” (İspaniya) - “Roma” (İtaliya) 0:0
İlk oyun - 0:2

“Yunion” (Belçika) - “Union Berlin” (Almaniya) 2:0
Qol: Teuma, 18. Amani, 63.
İlk oyun – 3:3

 



Әlaqәli Xәbәrlәr