“Real” 2018/2019 mövsümündən sonra ilk dəfə yarımfinala yüksəlib

İspaniya Kral Kubokunun 1/4 final mərhələsində “Atletiko” ilə keçirilən oyun “Real”ın yarımmüdafiəçisi üçün əlamətdar olub.

1938663
“Real” 2018/2019 mövsümündən sonra ilk dəfə yarımfinala yüksəlib

TRT spor xəbər verir ki, almaniyalı futbolçu “kral klubu” ilə 250-ci qələbəsini qazanıb.

 Kroos buna 389 oyunda nail olub. Bu müddətdə ulduz futbolçu 27 qol, 87 məhsuldar ötürmə ilə diqqət çəkib. “Atletiko” üzərində qazanılan 3:1 hesablı qələbənin ardından klub prezidenti Florentino Peres 33 yaşlı orta sahə oyunçusuna 250 nömrəli formanı hədiyyə edib.

Madrid derbisində rəqibini əlavə vaxtda üstələyən “Real” 2018/2019 mövümündən sonra ilk dəfə yarımfinala yüksəlib. “Kral klubu” ölkə kubokunu axırıncı dəfə 2013/2014 mövsümündə qazanıb.



Әlaqәli Xәbәrlәr