Superkubokun ilk yarımfinalisti "Real Madrid"

İspaniya superkubokunda ilk yarımfinal qarşılaşması keçirilib.

1931631
Superkubokun ilk yarımfinalisti "Real Madrid"

TRT spor xəbər verir ki, ilk oyunda “Real”la “Valensiya” üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş tutan oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Penaltilər seriyasında 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Madrid təmsilçisi finala vəsiqə qazanıb.

Real – Valensiya 1:1 (penaltilər 4:3)

Qol: Benzema, 39-pen – S.Lino, 46.

Digər yarımfinal oyununda “Betis” və “Barselona” komandaları qarşılaşacaqlar.

 

 


Etiketlәr: #"Real Madrid"

Әlaqәli Xәbәrlәr