“Liverpul” 1/4 finalda

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

1792306
“Liverpul” 1/4 finalda

TRT Sporun xəbərinə görə ilk oyun günündə iki görüş baş tutub.

“İnter” “Enfild”də “Liverpul”un qonağı olub. Bu komandalar arasında ilk görüş İngiltərə təmsilçisinin 2:0 hesablı qələbəsiylə nəticələnib. Cavab qarşılaşması ərəfəsində Yurgen Kloppun yetirmələri 1/4 finala daha yaxın görünürdü. İkinci matç “İnter”in qələbəsiylə yekunlaşıb. Lakin 1:0 mərhələ adlamaq üçün yetərli olmayıb. Beləcə, iki oyunun nəticəsinə görə 1/4 finala yüksələn tərəf “Liverpu”l olub.

 



Әlaqәli Xәbәrlәr