Türkiyəli alim “Alexander von Humboldt Professorship” mükafatına layiq görüldü

Tədbirdə 12 alimə “Aleksandr fon Humboldt professoru” adı verilib

2139599
Türkiyəli alim “Alexander von Humboldt Professorship” mükafatına layiq görüldü

 

  Türkiyəli alim professor Fatih Ömər İlday lazer texnologiyasının inkişafına verdiyi töhfəyə görə Almaniyada “Alexander von Humboldt Professorship” mükafatına layiq görülüb.

  Paytaxt Berlində mayın 13-də “Alexander von Humboldt” fondu mükafatlandırma mərasimi keçirib.

  Tədbirdə 12 alimə “Aleksandr fon Humboldt professoru” adı verilib.

  Mükafat alan tədqiqatçılar arasında türkiyəli alim, professor Fatih Ömer İlday da olub.

  “Alexander von Humboldt” fondunun professoru adına layiq görülən F.Ö.İlday mükafatını Almaniyanın Təhsil və araşdırma naziri Bettina Stark Uotsunqerdən (Bettina Stark Watzinger) alıb.

  Nazir çıxışında professor İldayın lazer araşdırmalarını tərifləyərək deyib: "Nə yaxşı ki mümkün olanın sərhədlərini zorlayan, sabahın həlli üçün maraq və cəsarət, ambisiya və əzmlə mübarizə aparan insanlar var."

  Ankara Bilkent Universitetinin Elektrik və Elektronika Mühəndisliyi kafedrasının professoru Fatih Ömer İlday materializmdə yeni tədqiqat sahələrini araşdırmaq və yüksək səviyyəli tədqiqat mərkəzi yaratmaq üçün Boxum Rur (Bochum Ruhr) Universitetinə dəvət edilib.



Әlaqәli Xәbәrlәr