"Odissey" Ayda yan yatıb

ABŞ-ın "İntuitive Machines" şirkətinin icraçı direktoru (CEO) Stiv Altemus mətbuata verdiyi açıqlamada bildirib ...

2106957
"Odissey" Ayda yan yatıb

 

  ABŞ-ın "İntuitive Machines" şirkəti tərəfindən "İM-1" missiyası çərçivəsində kosmosa göndərilən "Odysseus" adlı kosmik gəmi eniş etdiyi Ayda yan yatıb.

  Şirkətin icraçı direktoru (CEO) Stiv Altemus mətbuata verdiyi açıqlamada Ayda yan üstə qalan “Odissey”in "çox tez endiyi üçün ayağından birinin ilişib qala biləcəyini" söyləyib və "Odissey” Aya enərkən dik durmuşdu. Kosmik gəmi yıxılsa da, o, böyük əməliyyat qabiliyyətinə malikdir" deyib.

  Xatırladaq ki, “Odysseus” kosmik gəmisi fevralın 15-də “SpaceX” tərəfindən istehsal olunan “Falcon 9” raketi ilə ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən buraxılıb. Kosmik gəmi fevralın 23-də Aya enib və 1972-ci ildə "Apollon 17" missiyasından sonra Ayın səthinə yumşaq eniş edən ilk özəl ABŞ kosmik gəmisi kimi tarixə düşüb. 4,3 metr hündürlüyündə olan altı ayaqlı karbon lifli və titan eniş aparatı NASA-nın Artemida Missiyası çərçivəsində istifadə etməyi planlaşdırdığı 6 fərqli təcrübə üçün yük daşıyıb.



Әlaqәli Xәbәrlәr