Yaponiya kosmik tullantılar haqqında məlumat toplayacaq peyki uğurla orbitə buraxıb

Yaponiya şirkəti kosmik tullantılar haqqında məlumat toplayacaq peyki uğurla orbitə buraxıb.

2104272
Yaponiya kosmik tullantılar haqqında məlumat toplayacaq peyki uğurla orbitə buraxıb

Yaponiya şirkəti kosmik tullantılar haqqında məlumat toplayacaq peyki uğurla orbitə buraxıb.

Rəsmi "Kyodo" agentliyinin xəbərinə görə, “Astroscale Japan developer” şirkəti məlumat verib.

“ADRAS-J” cihazı Yeni Zelandiyanın Mahia yarımadasında yerləşən kosmodromdan buraxılıb.

Hündürlüyü 1,2 metr, eni 80 santimetr olan peyk manevr etmək qabiliyyətinə malikdir. Buna onun çoxlu kiçik mühərrikləri imkan verəcək. Nəticədə cihaz kosmosda zibil və dağıntılara yaxınlaşa biləcək.

Kosmik dağıntılar haqqında məlumat toplamaq üçün kosmosa göndərilən ilk qurğu həmçinin, 15 il bundan qabaq buraxılmış Yaponiyanın H2A daşıyıcı raketinin hissələrinin tədqiq edəcək və onların şəkillərini Yerə ötürəcək.

Qeyd edək ki, son illərdə peyk və raket buraxılışlarının artması ilə paralel olaraq kosmos zibilləri də artsa da, dayandırılmış peyklər və atılan raketlərdən qalan parçalar kimi obyektlər aktiv peyklərlə toqquşma riskini artırır.

Məlumdur ki, "kosmik zibil" olaraq xarakterizə edilən zibilləri çıxarmaq üçün ümumi və qalıcı bir üsul yoxdur.



Әlaqәli Xәbәrlәr