Türkiyenin ilk astronavtı Alper Gezeravcı sabah Yerə qayıdacaq

Aralarında Türkiyenin ilk astronavtı Alper Gezeravcının da olduğu "Dragon" Kosmik gəmisi və Axiom-3 (Ax-3) komandasının fevralın 9-da (sabah) ABŞ-ın Florida sahillərinə enməsi gözlənilir.

2099583

"Axiom Space"in X sosial media hesabındakı paylaşıma görə, Ax-3 komandasının 47 saatlıq səyahət edəcəyi gözlənilir.

“Dragon” kapsulunun fevralın 9-da yerli vaxtla 08.30-dan (Türkiyə vaxtı ilə 16.30) sonra Florida ştatının Daytona Beach bölgəsində okeana enməsi gözlənilir.

"Axiom Space" yerli vaxtla 07.25-də (Türkiye vaxtı ilə saat 15.25) eniş üçün canlı yayıma başlayacaq.

Qeyd edək ki, "Dragon" kosmik gəmisi fevralın 7-də Türkiye vaxtı ilə saat 17.20-də Beynəlxalq Kosmik Stansiyadan (BKS) uğurla ayrılıb.

Әlaqәli Xәbәrlәr