Dörd yeni imperator pinqvin koloniyası aşkar edildi

İngiltərə Antarktika Araşdırma İnstitutundan (BAS) verilən məlumata görə ...

2092675
Dörd yeni imperator pinqvin koloniyası aşkar edildi

 

  Cənub qütbündə peyk vasitəsilə aparılan müşahidələr nəticəsində 4 yeni imperator pinqvin koloniyası aşkar edilib.

  İngiltərə Antarktika Araşdırma İnstitutundan (BAS) verilən məlumata görə, buzlaqların dəyişməsi səbəbindən koloniyalar da yer dəyişdirib və bu yeni çoxalma sahələri peyklər tərəfindən izlənilir.

  Məlum olan koloniyalar 30 kilometrdən çox uzaqlaşıb. Peyklərlə aparılan müşahidələr zamanı isə daha əvvəl kəşf olunmamış 4 yeni imperator pinqvin koloniyası rast gəlinib.

  Aşkarlanan koloniyalardan biri daha əvvəl yoxa çıxmışdı və MakDonald buz dağlarında yaşayan Halley körfəzi koloniyasının bərpası ilə yenidən ortaya çıxdı.

  Koloniyanın yeni yeri köhnədən 30 kilometr şərqdədir. Körpələrini Brunt bölgəsində dünyaya gətirdikdən sonra burada məskunlaşıblar.

  Yeni koloniyaların kəşfi ilə Cənub qütbündəki imperator pinqvin koloniyalarının sayı 66-ya yüksəlib.



Әlaqәli Xәbәrlәr