Çin fəzaya təkrar istifadə edilə bilən yük kapsulu göndərdi

“Sinxua” agentliyinin məlumatına görə ...

2077547
Çin fəzaya təkrar istifadə edilə bilən yük kapsulu göndərdi

 

  Çinin özəl aviasiya və kosmik şirkəti “İ-Space” özünün SQX-1 Y7 raketi ilə kosmosa təkrar istifadə edilə bilən yük kapsulunu göndərib.

  “Sinxua” agentliyinin məlumatına görə, AZSPACE tərəfindən hazırlanmış DEAR-1 yük kapsulu Qobi səhrasındakı Ciüçüen peyk buraxılış mərkəzindən buraxılıb.

  Kapsul Günəşin sinxron orbitində planlaşdırılan yerinə çatarkən buraxılış SQX-1 raketləri ilə həyata keçirilən 3-cü uğurlu missiya olub.

  Qeyd edək ki, “İ-Space” 2019-cu ildə SQX-1 Y1 raketi ilə Aşağı Yer Orbitinə iki peyk göndərərək Çində özəl bir şirkət tərəfindən istehsal edilən raketlə ilk uğurlu peyk buraxılışını həyata keçirmişdi.

  "Hiperbola-1" kimi tanınan SQX-1 raketləri ilə iki buraxılış da 2021-ci ildə, biri isə 2022-ci ildə uğursuz olmuşdu. Şirkətin 2023-cü ilin aprelində Günəşin Sinxron Orbitinə sınaq buraxılışı uğurlu alınmışdı.

  “İ-Space” dekabrın 10-da metan və maye oksigenlə işləyən "Hyperbola-2" adlı təkrar istifadə edilə bilən raketinin sınaq uçuşunu həyata keçirdi.

  Çinin kosmik proqramında əsas daşıyıcı kimi xidmət edən “Long March” (Uzun yol) raketlərindən başqa, özəl şirkətlər “İ-Space”in “Hyperbola-1”i (SQX-1) “Galactic Energy”nin CERES-1, “Space Pioneer”in "TL-2" və “LandSpace”in "Cucue-2" (ZQ-2) raketləri buraxılışlarda istifadə olunur.



Әlaqәli Xәbәrlәr