''TEKNOFEST İzmir'' üçüncü günündə fəaliyyətlərini davam etdirir

Türkiye Texnologiya Komandası Vəqfi və Sənaye və Texnologiya Nazirliyinin əməkdaşlığı ilə təşkil edilən aviasiya, kosmos və texnologiya festivalı ''TEKNOFEST İzmir''...

2044124
''TEKNOFEST İzmir'' üçüncü günündə fəaliyyətlərini davam etdirir

Türkiye Texnologiya Komandası Vəqfi (T3) və Sənaye və Texnologiya Nazirliyinin əməkdaşlığı ilə təşkil edilən aviasiya, kosmos və texnologiya festivalı ''TEKNOFEST İzmir''də üçüncü gün fəaliyyətləri başlayıb.

Çiğli Hava Limanında TEKNOFEST-in üçüncü günündə əsas səhnədə “Dəniz Ulduzları Orkestri”, “Orkestrimiz”, “Elm Şousu”, “Rəfadan Tayfa Texnoloji Ekipaj”, “Hürkuş və Gökbey Müzikli”, “Uçan Uşaqlar Akrobatika şousu” keçiriləcək.

Fəaliyyət proqramları çərçivəsində "Şaquli Külək Tuneli", "İqlim Tuneli", "Günəş Müşahidəsi", "Planetarium", "Kosmos Temalı Uşaq Parkı", "Simulasiya Təcrübə Sahələri", "Maraqlı Tərəf-Sponsor İştirakçı Stend Fəaliyyətləri", "Quru və Hava Vasitələri Sərgisi", “İsti Hava Şarı” və “Pedallı Uçuş Tədbiri” keçiriləcək.

Maarifləndirici seminarlara gəlincə, maraqlı tərəflər və sponsorlar tərəfindən təşkil edilən "TEKNOFEST Elm Küçəsi Seminarları" və iştirakçı seminarlar gün ərzində davam edəcək.

TEKNOFEST Sahibkarlıq Müsabiqəsi çərçivəsində “Turizm Texnologiyaları və Oyun”, “Ətraf Mühit, Enerji və İqlim Texnologiyaları”, “Maneəsiz Yaşayış Texnologiyaları” və “Sağlamlıq və Texnologiyaları” sahələrində layihələr təqdim ediləcək. Ayrıca tədbirdə ölkənin hər yerindən uğurlu tələbələrin yaratdığı komandalar "Makeathon" və "Fikir Marafonu" sahəsindəki yarışmalarda iştirak edəcəklər.

TEKNOFEST-in maraqla izlənilən hava şouları üçüncü gün də davam edəcək. Paraşütdən tullanmalar ilə başlayacaq şoularda gün ərzində "Türk Ulduzları", "Solotürk", "Bayraktar Akıncı", "Aksunqur", "Bayraktar TB2", "Hürkuş", "Paramotor", "Gyrokopter", BEL-429 (Üzüm salxımı), S-70 (Polad qanadlar), "Paramotor", AB-412 (SGM) , "T-129 Atak" helikopteri səmada maraqlı şoular təqdim edəcəklər.



Әlaqәli Xәbәrlәr