Türkiyenin müdafiə sistemləri Malayziyada

Türkiyenin müdafiə sənayesi şirkətləri yeni əməkdaşlıq və ixrac imkanları üçün Malayziyada keçirilən "Langkawi" beynəlxalq dəniz və aviasiya sərgisində (LIMA 2023) iştirak edib.

1989705
Türkiyenin müdafiə sistemləri Malayziyada

Türkiyenin müdafiə sənayesi şirkətləri yeni əməkdaşlıq və ixrac imkanları üçün Malayziyada keçirilən "Langkawi" beynəlxalq dəniz və aviasiya sərgisində (LIMA 2023) iştirak edib.

Lanqkavi adasında mayın 27-dək davam edəcək sərgi açılış mərasimindən sonra qapılarını

Sərgi Asiya-Sakit Okean regionunda ən böyük müdafiə sərgilərindən biridir.

İlk dəfə 1991-ci ildə təşkil edilən və iki ildən bir keçirilən yarmarkaya ikinci dəfə qatılan Türkiye 18 türk müdafiə sənayesi şirkəti ilə tədbirdə iştirak edir.

Sərgi zamanı türk şirkətləri öz məhsul və xidmətlərini təqdim edirlər.

Açılış mərasimindən sonra Malayziya başda olmaqla iştirakçı ölkələrin nümayəndə heyətləri Türkiye nümayəndə heyətləri və şirkətləri ilə müxtəlif görüşlər keçirib. Malayziya təhlükəsizlik qüvvələrinə müxtəlif həll yolları təklif edən türk şirkətləri bu görüşlər vasitəsilə bölgədə yeni vəzifələr götürməyi hədəfləyir.

Türkiyenin müdafiə sənayesi şirkətləri sərgi boyunca müxtəlif insanlı/pilotsuz quru və hava vasitələri, dəniz sistemləri, silah sistemləri, elektron sistemlər, döyüş sursatı, simulyatorlar, logistika dəstək məhsulları və müdafiə xidmətlərini tanıtacaq və təqdim edəcək.

Statik sahədə çoxlu hava və dəniz nəqliyyat vasitələri sərgilənəcək, yarmarkada müxtəlif uçuş şouları keçiriləcək.



Әlaqәli Xәbәrlәr