Cinayətlə mübarizə çərçivəsində robotlar fəaliyyətdə

Nyu York polisinin 2023-cü ilin yayında sınaqdan keçirəcəyi ən maraqlı texnologiyalardan biri olan “Digidog” adlı bu robot itin sürətli və çevik hərəkətləri diqqət çəkib...

1974616
Cinayətlə mübarizə çərçivəsində robotlar fəaliyyətdə
new york sucla mucadele robotlar.jpg
new york sucla mucadele robotlar1.jpg

 

  Amerika Birləşmiş Ştatlarının Nyu-York meri Erik Adams cinayətlə mübarizə çərçivəsində şəhərdə bir çox texnoloji yeniləmələrin, o cümlədən robotik cihazların fəaliyyətə başladığını bildirib.

  E.Adams texnoloji cihazlar, o cümlədən robot mobil K-9-un Nyu York Polis Departamentinin (NYPD) komissarı Kikant Süell (Keecant Sewell) ilə tanış olduğu tədbirdə iştirak edib.

  Nyu York polisinin 2023-cü ilin yayında sınaqdan keçirəcəyi ən maraqlı texnologiyalardan biri olan “Digidog” adlı bu robot itin sürətli və çevik hərəkətləri diqqət çəkib.

  Təxminən 32 kiloqram ağırlığında olan və saatda 5,6 kilometr sürətə malik “Digidog” yüksək riskli və təhlükəli hadisələrin araşdırılmasında NYPD-yə kömək etmək üçün nəzərdə tutulub.

  Diqidoqların heç vaxt silah daşımayacağı və müşahidə məqsədləri üçün istifadə edilməyəcəyi bildirilib.

  NYPD-də mövcud olan “StarChase GPS” adlı texnologiya məhsulu polisi şübhəli və təhlükəli avtomobilləri yaxından izləmək zərurətindən xilas edəcək.

  Uzaqdan işə salma və ya əl ilə yapışdırma üsulu ilə izlənilməsi istənən vasitələrə quraşdırıla bilən rəqəmsal etiketin verəcəyi siqnal sayəsində sözügedən vasitələr uzaqdan izlənilə, lazım gəldikdə və uyğun nöqtədə müdaxilə edilə biləcək.

  Nyu-York Şəhər Şurası tərəfindən təqdim edilən digər təhlükəsizlik robotu K-5 ASR ictimai nəqliyyat obyektləri kimi qapalı, ictimai yerlərdə əlavə təsvirlərin tərtib edilməsində funksionaldır.

  İnsanlarla ünsiyyət qura bilən K5 ASR əvvəllər hüquq-mühafizə orqanları tərəfindən ölkə daxilində universitet şəhərcikləri, şirkətlər, ticarət mərkəzləri kimi yerlərdə təhlükəsizliyi təmin etmək və cinayətlərin qarşısını almaq üçün istifadə edilib.



Әlaqәli Xәbәrlәr