Beyin implantı sınaqları ləğv edildi
Amerika Birləşmiş Ştatları (ABŞ) Qida və Dərman İdarəsi (FDA) “SpaceX” kosmik şirkətinin baş icraçı direktoru İlon Maskın (Elon Musk) “Neuralink” şirkəti tərəfindən ediləcək beyin implantının klinik sınaqlarını ləğv edib, səbəb...
Amerika Birləşmiş Ştatları (ABŞ) Qida və Dərman İdarəsi (FDA) “SpaceX” kosmik şirkətinin baş icraçı direktoru İlon Maskın (Elon Musk) “Neuralink” şirkəti tərəfindən ediləcək beyin implantının klinik sınaqlarını ləğv edib. Səbəb beyin toxumasının potensial zədələnməsi ilə bağlı narahatlıqdır.
FDA istifadəçinin beyni ilə əlaqə quran kiçik filamentlərin köçə, beyin və implantın funksionallığını dəyişə, iltihaba səbəb ola, qan damarlarını cıra və başqa kövrək toxumalara zərər verə biləcəyi ilə bağlı narahatlıqlarını qeyd edib.
Xatırladaq ki, İlon Mask “Neuralink”lə öz uşaqlarına belə beyin implantasiyası edəcək qədər əmindir. Çünki beyin implantı iflic olanlara tam hərəkətlilik verəcək və nəticədə insanlar sağalacaq.
Әlaqәli Xәbәrlәr
Türkiyəli alim “Alexander von Humboldt Professorship” mükafatına layiq görüldü
Tədbirdə 12 alimə “Aleksandr fon Humboldt professoru” adı verilib
Avtomobillərdəki alov gecikdirən kimyəvi maddələr kanserogen yayırmış
Araşdırma məqaləsi “Environmental Science & Technology” jurnalında dərc olunub